“FINCA Azerbaijan” ilin sonunadək kredit portfelini 46% artıracaq

“FINCA Azerbaijan” ilin sonunadək kredit portfelini 46% artıracaq
# 08 may 2008 13:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev APA-Economics. “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı bu ilin sonuna kimi kredit portfelini 45,5% artıraraq 80 mln. ABŞ dollarına çatdırmaq niyyətindədir. Bununla yanaşı təşkilatın müştərilərinin sayının ilin sonunadək 32% artıraraq 105 min nəfərə çatacağı proqnozlaşdırılır. “APA-Economics”in məlumatına görə, bunu “FINCA Azerbaijan” təşkilatının Azərbaycan üzrə direktoru Cef Flouers (Jeff Flowers) təşkilatın yeni veb-saytının (www.fincaazerbaijan.com) yaradılması və aktiv müştərilərinin sayının 80 min həddini keçməsi münasibətilə keçirilən tədbirdə bildirib.
C.Floversin sözlərinə görə, təşkilatın müştərilərinin 50%-i kənd ərazilərinin payına düşür. Həmçinin, şəhər ərazisində bir sıra kredit məhsulları mövcuddur ki, müxtəlif sahədə çalışan sahibkarlara bu xidmətlər təklif edilir: “Təşkilat hazırda 653 nəfərlik kollektivi ilə ölkənin qabaqcıl işəgötürən şirkətlərindən biridir və əsas məqsədimiz aztəminatlı adamlara yeni iş yerləri yaratmaq, biznes əmtəəsi formalaşdırmaq və maddi rifahlarını yaxşılaşdırmaq məqsədilə maliyyə xidmətləri göstərməkdir”.
Qeyd edək ki, Mikromaliyyə İnformasiya Mübadiləsi Korporasiyasının dünya üzrə tərtib etdiyi cədvəldə “FİNCA Azərbaycan” aarıcı 100 mikromaliyyə təşkilatı sırasındadır.
Xatırladaq ki, təsisçisi ABŞ-ın “FINCA İnternational” təşkilatı olan “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Hazırda təşkilatın kredit portfeli 55 mln. dollar, müştərilərin sayı isə 80 min nəfər təşkil edir. Təşkilatın ölkə ərazisində 53 ofisi fəaliyyət göstərir ki, bunun da 23-ü filialdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR