Bakıda Ümumrusiya Azərbaycan Konqresinin iclası keçirilib

Bakıda Ümumrusiya Azərbaycan Konqresinin iclası keçirilib
# 09 may 2008 13:35 (UTC +04:00)
APA-nın məlumatına görə, konqresin prezidenti Məmməd Əliyev qurumun yaradılmasında və Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyevin oynadığı roldan danışıb. Rusiyada bir neçə Azərbaycan diaspor təşkilatının olduğunu deyən M. Əliyev bildirib ki, onlar arasında bir çox məsələlərdə fikir ayrılığı olsa da, Dağlıq Qarabağ məsələsində bütün qurumlar birgə fəaliyyət göstərirlər. Toplantıda iştirak edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiyadakı Azərbaycan diasporunun fəallığına görə birincilər sırasında olduğunu söyləyib. O, gələn ildən diaspor qurumlarının fəaliyyəti üçün daha geniş imkanlar yaradılacağını vurğulayıb. Konqresin vitse-prezidenti Araz Ağalarov isə Rusiyada azərbaycanlılar deyərkən bazarın göz önünə gəldiyini xatırladaraq bu stereotiplə mübarizə aparmağın zəruriliyinə diqqət çəkib. O təklif edib ki, Azərbaycanda Heydər Əliyev adına universitet şəhərciyi yaradılsın. A. Ağalarovun fikrincə, bu şəhərcik paytaxtda yox, digər şəhərdə yaradılmalıdır.
Sonra toplantı qapalı davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR