Azərbaycanın Cinayət və İnzibati Xətalar məcəllələrindən “şərti maliyyə vahidi” anlayışı çıxarılır

Azərbaycanın Cinayət və İnzibati Xətalar məcəllələrindən “şərti maliyyə vahidi” anlayışı çıxarılır
# 12 may 2008 11:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Cinayət və İnzibati Xətalar məcəllələrindən “şərti maliyyə vahidi” anlayışı çıxarılır. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruluculuğu məsələləri daimi komissiyasının bugünkü iclasında bildirilib. Komissiyanın sədri Əli Hüseynov deyib ki, bu vaxtadək sözügedən məcəllələrə əsasən, vətəndaşlar cəzalandırılarkən onların cərimələnməsi şərti maliyyə vahidi ilə müəyyən edilib. Təklif olunan dəyişikliyə əsasən isə şərti maliyyə vahidi anlayışı ayrı-ayrı maddələr üzrə mütləq rəqəmlərlə göstərilir. Ə. Hüseynov, həmçinin dünyanın əksər ölkəsinin analoji qanunlarında şərti maliyyə vahidi anlayışlarının çıxarıldığını da diqqətə çatdırıb. Məsələ müzakirə ediləndən sonra parlamentə tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR