Azərbaycanda bitki toxumlarının GMO olub-olmadığını əvvəldən müəyyənləşdirmək mümkün olacaq

Azərbaycanda bitki toxumlarının GMO olub-olmadığını əvvəldən müəyyənləşdirmək mümkün olacaq
# 22 yanvar 2014 10:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda bitki toxumlarının genetik modifikasiya olunub-olunmadığını əvvəldən müəyyənləşdirmək mümkün olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini Mehrac Abbasov APA-ya açıqlamasında bildirib ki, bu vaxta kimi toxumlarda GMO-nu təyin etmək üçün metodika yox idi. Onun sözlərinə görə, ötən il həmin metodika institut tərəfindən hazırlanıb və artıq bitkilərin toxumlarının GMO olub-olmadığını müəyyən ediləcək: “Metodika ötən ilin sonunda tam hazırlanıb. Bu il həmin metodikanın işləməsi üçün reaktivlər alınıb və fevral-mart aylarında müxtəlif bitkilər üzərində ilkin testlər aparılacaq. Bu, dəqiqlik sevən iş olduğundan, prosesə ehtiyatla yanaşırıq. Bu il də işləri davam etdirərək müxtəlif bölgələrdə seminarlar təşkil ediləcək və müxtəlif nümunələr götürülərək analiz ediləcək”.

M.Abbasov qeyd edib ki, Azərbaycanda ötən il müəyyən bölgələr üzrə GMO məhsullarla bağlı elmi ekspedisiyalar keçirilib. Onun sözlərinə görə, bu zaman məqsəd GMO bitkilərin əkilməsinin qanunla qadağan edilməsi barədə fermerlərə məlumat vermək idi: “Həmin zamanlarda az miqdarda toxum nümunəsi götürülüb və bu il həmin nümunələr analiz ediləcək. Cari ildə də bölgələrdə təbliğat işi davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR