Lənkəranda nişanlı qız özünü öldürüb, 37 yaşlı kişi intihara cəhd edib

Lənkəranda nişanlı qız özünü öldürüb, 37 yaşlı kişi intihara cəhd edib
# 12 avqust 2013 08:04 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Günəhir kənd sakini, 1991-ci il təvəllüdlü Günəş Cavad qızı Qulamova kəndin yaxınlığındakı meşə massivində ağacdan özünü asaraq intihar edib.

G.Qulamova bir gün sonra həmkəndlisinin evinə gəlin köçəcəkmiş. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər intihar hadisəsi isə rayonun Zövlə kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Şahid Cəbi oğlu Babayev özünü öldürmək məqsədilə intihara cəhd edib. Yaxınlarının vaxtında müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR