İlhamə Quliyeva Nazpəri Dostəliyeva ilə bağlı bu gün yenidən məhkəməyə müraciət edib

İlhamə Quliyeva Nazpəri Dostəliyeva ilə bağlı bu gün yenidən məhkəməyə müraciət edib
# 29 aprel 2013 10:32 (UTC +04:00)

İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında müştərisinin imzaladığı ərizənin məhkəməyə bu gün təqdim olunduğunu açıqlayıb : “Bir neçə gün öncə mətbuatda ərizə ilə bağlı yanlış məlumat gedib. Mən onlara ərizənin İlhamə xanım tərəfindən imzalandığını söylədiyim halda onlar ərizənin məhkəməyə təqdim olunduğu haqda məlumat yayıblar. Ərizə məhkəməyə bu gün təqdim olunub”.

Qeyd edək ki, İ. Quliyevanın Daxili İşlər Nazirliyinə ünvanladığı, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində göndərdiyi şikayət ərizəsi Yasamal Rayon Məhkəməsində tutarlı yazılmaması əsas gətirilərək qəbul edilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR