Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 07 sentyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 14 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Taleh Rüstəmov idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə qəsəbə sakini, 1973-cü il təvəllüdlü Reyhan Hüseyn qızı Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilən R. Hüseynova orada dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR