Bakıda müəllimlərin ixtisasartırma təlimlərinə başlanılıb

Bakıda müəllimlərin ixtisasartırma təlimlərinə başlanılıb
# 16 aprel 2015 14:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi son günlər Baklı məktəblərində müəllimlərin imtahanlara cəlb edilməsi və biliklərinin yenidən yoxlanılması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, nazirlik tərəfindən Bakıda diaqnostik qiymətləndirmə zamanı nəticəsi yüksək olmayan müəllimlər üçün ixtisasartırma təlimləri keçiriləcək. O qeyd edib ki, hazırda ixtisasartırma təlimləri üçün paytaxt məktəblərinin müəllimlərinin ilkin dəyərləndirməsi aparılır.

C.Valehovun sözlərinə görə, diaqnostik sınaq qiymətləndirmədə 50%-dən aşağı nəticə göstərən müəllimlər fəaliyyət göstərdikləri ixtisas bilikləri üzrə ilkin dəyərləndirməyə cəlb olunacaq: “İlkin dəyərləndirmə heç bir imtahan xarakteri daşımır. Bu proses təxminən 1500 müəllimi əhatə edəcək. İlkin mərhələdə, bu günə kimi artıq 700-ə yaxın müəllim dəyərləndirmədən keçib. Həmin müəllimlər göstərdikləri bilik səviyyələrinə uyğun olaraq, qruplaşdırılacaq və ixtisas biliklərinin artırılması məqsədilə ixtisasartırma təlimlərinə cəlb olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR