Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib

Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib
# 17 mart 2014 14:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirən Güloğlan Abbasovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi isə martın 31-nə təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Güloğlan Abbasov Sabunçu rayonunda kriminal aləmdə “Qara Tofiq” kimi tanınan Tofiq Həsənova “Makarov” tipli tapançadan atəş açaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR