Ağcabədidə faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçirilib

Ağcabədidə faşizm üzərində qələbəyə həsr olunmuş tədbir keçirilib
# 09 aprel 2015 19:06 (UTC +04:00)

Ağcabədi. Teymur Zahidoğlu-APA. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birgə bu rayonda bədii-təşviqat marafonu keçirib.

“Xalq və Ordu birdir” devizi altında keçirilən tədbir 1945-ci ilə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Rəsmi və ədəbi-bədii kompozisiyalardan ibarət mərasimdə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev, nazirliyin Mənəvi Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov, həmçinin digər idarə və şöbələrinin məsul şəxsləri də iştirak ediblər.

Tədbirə respublikanın tanınmış ziyalıları, Milli Məclisin üzvləri, və Azərbaycanın şəhid Milli Qəhrəmanı, milliyyətcə belarus olan mayor Anatoli Nikolayeviç Davidoviçin Belarusda yaşayan həyat yoldaşı Tatyana Mixaylovna və atasının adını daşıyan yeganə oğlu Anatoli də dəvət olunublar.

Böyük Vətən Müharibəsinin 9 nəfər tədbir iştirakçıları tərəfindən salamlanıb, onların şəninə mahnı və bədii kompozisiyalar ifa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR