Saatlıda oğurluq hadisəsi baş verib - VİDEO

Saatlıda oğurluq hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 06 mart 2014 22:40 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlıda oğurluq hadisəsi baş verib. Saatlı rayon polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə martın 4-də rayonun Qıraqlı kəndində baş verib. Qıraqlı kənd sakini Zakir Alışanov ona məxsus evdən qızıl zinət əşyalarının oğurlandığı haqda polisə məlumat verib. Məlum olub ki, evdən ümumi dəyəri 2500 manat olan 1 ədəd boyunbağı, 1 ədəd bilərzik və 1 ədəd üzük oğurlanıb. Keçirilən axtarışlar zamanı hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin qohumu olan Alşanov Ceyhun Hidayət oğlu şübhəli şəxs qismində saxlanılıb. Polis şöbəsinə gətirilən şübhəli şəxs həmin cinayəti törətdiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR