Azərbaycanda sığorta agentlərinin fəaliyyəti araşdırılır

Azərbaycanda sığorta agentlərinin fəaliyyəti araşdırılır
# 11 dekabr 2013 13:10 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ölkə ərazisində fəaliyyət göstərən sığorta agentlərinə xəbərdarlıq edib.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda keçirilən Sığorta Agentlərinin II Milli Forumunda çıxış edən Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov sığorta agentlərinin fəaliyyətini araşdırmaq, baş verə biləcək hər hansı qanun pozuntularını müəyyənləşdirmək və müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərin görüldüyünü vurğulayıb.

M.İsrafilov bildirib ki, sığorta agentlərinin fəaliyyətində olan nöqsan və çatışmazlıqlarla əlaqədar onların təmsil etdiyi 9 sığorta şirkətinə icrası məcburi olan göstərişlər verilib.

Dövlət Xidməti sığorta agentlərinin fəaliyyətini genişləndirmək məqsədilə sığorta təşkilatlarına stimullaşdırıcı layihələr həyata keçirməyi də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR