Şəkidə 4 uşaq anasını ilan sancıb - VİDEO

Şəkidə 4 uşaq anasını ilan sancıb - <span style="color: red;">VİDEO
# 03 iyul 2015 21:03 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 4 uşaq anasını ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Cunud kəndində baş verib. Cunud kənd sakini, 1971-ci il təvəllüdlü Fazilə Zabit qızı Əmrahova yaşadığı evin həyətyani sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan qəfildən onun əlindın sancıb. 44 yaşlı Fazilə Əmrahova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya bildirilib ki, 4 uşaq anası olan Fazilə Əmrahova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR