Bakı-Şamaxı yolunda zəncirvari qəza baş verib, 4 nəfər yaralanıb

Bakı-Şamaxı yolunda zəncirvari qəza baş verib, 4 nəfər yaralanıb
# 15 oktyabr 2013 00:42 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı-Yevlax yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə oktyabrın 14-də gecə saat 22:00 radələrində yolun 121-ci kilometrliyində qeydə alınıb.

Şamaxıdan Ağsu istiqamətində hərəkətdə olan 10-KT- 536 dövlət nömrə nişanlı NİVA markalı minik maşını əks istiqamətdə hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomaşınla toqquşub. Toqquşma nəticəsində “Mitsubishi Pajero” markalı maşın qarşı tərəfdən gələn 90-MX-015 dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı maşına çırpılıb. Hadisə nəticəsində avtomaşınlarda olan 1959-cu il təvəllüdlü Qəhrəmanov Qəhraman Səlim oğlu, 1981-ci il təvəllüdlü Vahabov Taleh Ağaəhməd oğlu, 1941-ci il təvəllüdlü Süleymanov Vaqif Soltanpaşa oğlu, 1946-cı il təvəllüdlü Şükürov Əlislam Allahverən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR