“Bank Standard” aktivlərini 20% artırıb

“Bank Standard” aktivlərini 20% artırıb
# 17 aprel 2015 09:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-nə “Bank Standard”ın aktivlərinin həcmi 1 mlrd. 220,242 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,91% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,40% artaraq 906,361 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 152,364 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 3,71% azalma deməkdir.

“Bank Standard”da bir il ərzində ipoteka kreditlərinin həcmi 6,07% artaraq 49,750 mln. manat olub. Kreditlərin 40,583 mln. manatı (81,57%) ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Hesabat dövründə bankın depozit portfeli 19,06% artaraq 804,465 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 632,240 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10% artım deməkdir.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 75 mln. manat təşkil edib.

Bankın gəlirləri 27,1% artaraq 34,433 mln. manat, xərcləri isə 20,91% artaraq 33,925 mln. manata çatıb.

Hazırda bankın ölkə üzrə 13 filialı, 148 bankomatı, 1 320 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR