Ucar rayonunda ev yanıb

Ucar rayonunda ev yanıb
# 05 noyabr 2013 14:31 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Əlikənd kəndində, kənd sakini, 1932-ci il təvəllüdlü Quliyeva Fənirə Mayıl qızına məxsus 1 mərtəbəli, 2 otaq və aynabənddən ibarət olan evdə qeydə alınıb.

Ümumi sahəsi 70 kvadratmetr olan evin 54 kv.m-i yanıb, qalan hissə isə hadisə yerinə çağırılan yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində yanan evə bitişik ümumi sahəsi 90 kv.m olan 1 mərtəbəli ev və sahəsi 100 kv.m olan digər tikili yanğından mühafizə edilib. Ev sahibləri evdə olmadıqları üçün xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR