G 20 sammitində iştirak edən xarici işlər nazirlərinin işçi naharı olub

G 20 sammitində iştirak edən xarici işlər nazirlərinin işçi naharı olub
# 15 noyabr 2015 17:56 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Antalya şəhərində keçirilən G 20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tədbirdə iştirak edən dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirib.

APA-nın xəbərinə görə, naharda Azərbaycan, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, İndoneziya, Afrika İttifaqının hazırkı sədri statusunda Zimbabve, Argentina və Çinin xarici işlər nazirləri, Böyük Britaniyanın isə dövlət naziri iştirak edib.

Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Xarici işlər nazirləri terrorizm, miqrasiya və ekstremizmlə bağlı məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR