Bakıda metroda ölüm hadisəsi baş verib - YENİLƏNİB

Bakıda metroda ölüm hadisəsi baş verib  - <span style="color: red;">YENİLƏNİB
# 05 sentyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda özünü metro qatarının altına atan şəxsin meyiti çıxarılaraq adiyyatı orqanlara təhvil verilib.

Bu barədə APA-ya məlumat verən Bakı Metropalitienin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazrıda metroda qatarların hərəkəti bərpa olunub.

***

12: 38

Bakı. Şəhriyar Əlizadə -APA. Bakıda metroda bədbəxt hadisə baş verib.

Bakı Metropalitieninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, metronun “28 May” stansiyasında bir nəfər hərəkət edən qatarın altına yıxılıb. N. Paşayev qatarın hərəkətinin dayandırıldığını, həmin şəxsin öldüyünü bildirib.

Hadisənin intihar olub-olmaması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR