İranın Azərbaycandakı səfiri: “İranın nüvə məsələsinin ədalətli həlli Tehranın Qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığına səbəb olacaq”

İranın Azərbaycandakı səfiri: “İranın nüvə məsələsinin ədalətli həlli Tehranın Qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığına səbəb olacaq”
# 21 oktyabr 2013 10:13 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Cenevrə danışıqları faydalı və konstruktiv idi. Bizim bu müzakirələrdə məqsədimiz anlaşmaya çatmaq idi. İranın təklifləri iki gün ərzində müzakirə olundu və qərara alındı ki, müzakirələr yaxın həftələrdə ekspertlər səviyyəsində daha geniş formatda davam edilsin”. Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

İranın nüvə problemi ilə bağlı ötən həftə Cenevrədə P5+1 formatında keçirilən müzakirələri şərh edən səfirin sözlərinə görə, tərəflərin razılığa gəldiyi bu çərçivə qarşılıqlı etimadın yaranması və müştərək hədəflərdə razılığın əldə olunması üçün ibtidai addım idi: “Hər üç istiqamətin məzmunu barədə də ciddi və faydalı müzakirələr aparıldı. Lakin razılığa gəlmək üçün gələn həftələrə planlaşdırılan danışıqlara çox ehtiyac var. Bütün bu məsələlər ciddi müzakirə olunmalıdır”.

Bu müzakirələrin İran və beynəlxalq ictimaiyyət üçün hansı nəticələri verə biləcəyi barədə sualı cavablandıran səfir deyib ki, bu məsələnin ədalətli həlli İranın Qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığına səbəb olacaq və bu, hər iki tərəfin xeyrinədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR