Xaçmazda ev yanıb

Xaçmazda ev yanıb
# 03 dekabr 2013 03:49 (UTC +04:00)

Bakı-APA. Xaçmaz rayonunda fərdi ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayon mərkəzindən 10 km aralıda yerləşən Köhnə Xaçmaz kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının ev əşyaları 14 kv.m və tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğındanmühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR