Zərdab sakini polisə müraciət edərək külli miqdarda pulunun mənimsəndiyini bildirib

Zərdab sakini polisə müraciət edərək külli miqdarda pulunun mənimsəndiyini bildirib
# 12 dekabr 2013 11:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Zərdab rayon sakininə qarşı dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1976-cı il təvəllüdlü, Zərdab rayonunun Qoruqbaşı kəndində yaşayan Sadiq Məhəbbət oğlu Mustafayev dekabrın 10-da polis idarəsinə ərizə ilə müraciət edərək bildirib ki, 2012-ci ilin aprel ayından 2013-cü ilin mart ayına qədər Bakı şəhər Azərbaycan prospekti 8-in qarşısında mebel biznesi qurmaq üçün 1976-cı il təvəllüdlü, Bakı şəhəri Mir Cəlal küçəsi mənzil-133-də yaşayan Əli Faiq oğlu Məlikova 296 min ABŞ dolları verib.

Ə. Məlikov S. Mustafayevə qarşı dələduzluq edərək ona verilən pulun müqabilində heç bir iş görməyib.

Hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR