Abbas Lisani zəmanətlə azadlığa buraxılıb

Abbas Lisani zəmanətlə azadlığa buraxılıb
# 06 mart 2014 07:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Abbas Lisani martın 5-də Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Ailəsi iki həftədir həbsdə saxlanılan tanınmış azərbaycanlı fəalın azadlığa buraxılması üçün 100 milyon tümən mülk girovu qoyub.

Qeyd edək ki, A.Lisani də daxil olmaqla 80-ə yaxın azərbaycanlı fəal İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində həyata keçirilmiş kütləvi həbs zamanı tutulub. Əhər Şəhər Prokurorluğu da öz rəsmi veb səhifəsində 21 fevral - Ümumdünya Ana Dili günü münasibətilə azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evində keçirilmiş tədbir zamanı 59 nəfərin həbs olunması xəbərini təsdiqləyib. Artıq tutulanların demək olar hamısı zəmanətlə sərbəst buraxılıb. Yalnız İbrahim Rəşidini (Savalan) 1 illik həbs cəzasının qalan hissəsini çəkməsi üçün martın 2-də Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürüblər. A.Lisani bu müddət ərzində iki dəfə aclıq aksiyası keçirib. Əhər şəhərinin həbsxanasında saxlanılır. Azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Əhər şöbəsinin təcridxanasına qeyri-qanuni köçürülməsinə və Əhər şəhərinin həbsxanasında qanunsuz saxlanılmasına etiraz olaraq belə bir addım atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR