Azərbaycanda məktəb psixoloqların fəaliyyətinə dair əsasnamə hazırlanıb

Azərbaycanda məktəb psixoloqların fəaliyyətinə dair əsasnamə hazırlanıb
# 23 yanvar 2014 11:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanın bir çox məktəblərində psixoloqlar fəaliyyət göstərir. Ancaq bütün sahələrdə təkmilləşməyə ehtiyac olduğu kimi, psixoloqların fəaliyyətinin təkmilləşməsi, peşəkarlığın artırılması, işlərinin daha sistemli qurulmasına dair tövsiyələrin alınmasına ehtiyac var”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova deyib. O bildirib ki, ölkədə onların fəaliyyətini daha da artırmaq üçün psixoloqların fəaliyyətinin əsasnamə layihəsi hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib: “Hazırda psixoloqların səmərəli fəaliyyət göstərmələri üçün strukturun necə qurulması məsələsi təhlil edilir. Nazirlikdə hansısa problemləri olan, hər hansı bir stressə məruz qalan uşaqlarla psixoloqlar tərəfindən səmərəli işin qurulması istiqamətində bu əsasnamə araşdırılır. Prosesə müvafiq sahə üzrə mütəxəssislər cəlb edilib. Əsasnamə ilə bağlı nəticələr yaxın zamanlarda məlum olacaq və ictimaiyyətə açıqlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR