Bakıda saxlanılan şəxslərin xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib

Bakıda saxlanılan şəxslərin xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib
# 18 oktyabr 2013 10:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Gürcüstan vətəndaşının Azərbaycanda 5 evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən oğurluğa cəhd göstərdiklərinə görə tutulmuş Zöhrab Şirinovun və Gürcüstan vətəndaşı Aleksandr Feradzenin ətrafında əməliyyat tədbirləri aparılıb. Nəticədə onların cari il iyunun 25-də İlqar Məmmədovun evindən 8500 manat pul və qızıl əşyaları, avqustun 21-də Rəsul Hüseynovun evindən 1000 manat, 2800 dollar pul, 2 ədəd noutbuk, 1 ədəd mobil telefon, avqustun 28-də Nazim Gözəlovun evindən 8000 manat pul, qızıl əşyaları, sentyabrın 19-da Vahid Nəqiyevin evindən 2200 manat pul, 1 ədəd qızıl sırğa və 1 ədəd fotoaparat, sentyabrın 20-də Nicat Əliyevin evindən qızıl əşyaları oğurlamaları da aydınlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR