Lökbatanda baş verən kütləvi zəhərlənmə ilə bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb

Lökbatanda baş verən kütləvi zəhərlənmə ilə bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb
# 06 mart 2014 11:43 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Nəticədə 100-dən çox sakin həkimə müraciət edib. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR