Azərbaycanda casusluğa görə həbs müddəti artırılır

Azərbaycanda casusluğa görə həbs müddəti artırılır
# 19 may 2014 14:28 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə, azadlıqdan məhrum etmə minimum 10 il olaraq hesablanacaq.

Hazırda bu rəqəm 7 ildir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR