Səfərbərlik və hərbi xidmətə çağırış sistemində 4 yeni elektron xidmətin tətbiqi planlaşdırılır

Səfərbərlik və hərbi xidmətə çağırış sistemində 4 yeni elektron xidmətin tətbiqi planlaşdırılır
# 26 sentyabr 2013 09:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın səfərbərlik və hərbi xidmətə çağırış sistemində vətəndaşların işlərini asanlaşdırmaq üçün 4 yeni elektron xidmətin tətbiqi planlaşdırılır. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Hazırda yeni elektron xidmətlərin tətbiqi prosesi üzərində işlər aparılır. Sistem hazır olduqdan sonra hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılacaq.

Bundan başqa, vətəndaşlar itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi, həmçinin arxiv arayışlarının alınması üçün SHÇDX-yə birbaşa təmasda olmadan, elektron müraciət edə biləcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR