Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb
# 23 noyabr 2013 18:45 (UTC +04:00)

Bakı-APA. Bakıda axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR