Məhəmməd Xatəmi tərəfdarlarını yeni prezidentə dəstək verməyə və yardım göstərməyə çağırıb

Məhəmməd Xatəmi tərəfdarlarını yeni prezidentə dəstək verməyə və yardım göstərməyə çağırıb
# 25 iyun 2013 16:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz istəklərimizdə israrlı olmaqla yanaşı, ölkənin yeni prezidenti Həsən Ruhaninin quracağı hökumətə dəstək olmalıyıq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın sabiq prezidenti Məhəmməd Xatəmi iyunun 14-də ölkədə keçirilmiş prezident seçkilərinə üç gün qalmış öz namizədliyini H. Ruhaninin xeyrinə geri götürmüş Məhəmmədrza Arif üçün təşkil edilən təqdir mərasiminə göndərdiyi məktubunda bildirib.

Məktubda qeyd olunur ki, İran xalqının yüksək səyləri sayəsində bu ölkənin taleyində yeni bir səhifə açıldı: “Bütün çətinliklər, məhdudiyyətlər, incikliklər və xəyal qırıqlıqlarına baxmayaraq, son seçkilərlə qəlblərdə yeni ümidlər yarandı. Beləcə, qiymətli insan Həsən Ruhani ölkə rəhbərliyi kimi məsuliyyətli mövqeyə çatdı. İndi bu vəziyyətdə bizim onun öz danışıq və proqramlarında açıq şəkildə ifadə etdiyi tələblərimizdə israrlı davranmağımızla yanaşı, qurulacaq yeni hökumətə dəstək olmağımız və bu ağır məsuliyyətin doğru yerinə yetirilməsinə yardım göstərməyimiz lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR