Bu il Azərbaycan Təhsil Şəbəkəsinə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulub

Bu il Azərbaycan Təhsil Şəbəkəsinə əlavə olaraq 70 təhsil müəssisəsi qoşulub
# 29 dekabr 2013 07:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013-cü il "İKT ili" çərçivəsində təhsil sisteminin informasiyalaşdırılması üzrə xeyli iş görülüb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə respublika üzrə təhsil müəssisələrinə və nazirliyin tabeliyində olan şəhər və rayon təhsil şöbələrinə 3707 ədəd stolüstü kompüter, 4853 ədəd noutbuk, 1976 ədəd proyektor və 2600 ədəd interaktiv elektron lövhə paylanılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar distant tədris mərkəzindəki müəllim və şagirdlər 31 ədəd Traxus Roller Plus Joystick, 30 ədəd qulaqcıq Microsoft LifeChat, 100 ədəd qulaqcıq A4TECH və 100 ədəd qrafik planşeti Wacom Bamboo Pen ilə təmin edilib. Məlumat və Resurs Mərkəzinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulma sürətinin 1 Gb/s-dən 10 Gb/s-dək artırılması üçün lazımi avadanlıqlarla təchiz edilib.


Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sistemi daha da təkmilləşdirilib, "Elektron məktəb" layihəsində iştirak edən təhsil müəssisələrinə texniki dəstək göstərilib. Bakı şəhəri və Abşeron rayonunda 366 təhsil müəssisəsi texniki dəstək xidməti ilə əhatə olunub.


İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması istiqamətində də addımlar atılıb, Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) əlavə olaraq 70 təhsil müəssisəsi qoşulub. 2013-cü ilə qədər qoşulmuş 1695 təhsil müəssisəsi mütəmadi olaraq İntranet və İnternetə çıxışla təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR