Liviya Müəmmar Qəddafi rejimindən qalan kimyəvi silah ehtiyatlarının məhv etdiyini bəyan edib

Liviya Müəmmar Qəddafi rejimindən qalan kimyəvi silah ehtiyatlarının məhv etdiyini bəyan edib
# 04 fevral 2014 22:03 (UTC +04:00)

Bakı-APA. Liviya Müəmmar Qəddafi rejimindən qalan kimyəvi silah ehtiyatlarının məhv etdiyini bəyan edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu fevralın 4-də Liviya XİN rəhbəri Məhəmməd Əbdüləziz bəyan edib.

“Liviya insanların və ətraf mühitin təhlükəsizliyinə ciddi təhlükə yaradan kimyəvi silahlardan tamamilə azad olundu”, deyə nazir bildirib.

Məhəmməd Əbdüləziz əmin olduğunu bildirib ki, bu nailiyyət sülh və təhlükəsizliyə həm regional, həm də beynəlxalq səviyyələrdə öz töhvəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR