Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib

 Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib
# 07 oktyabr 2013 06:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 15 073 bəndədək, S&P 500 0,7% - 1 691 bəndədək, Nasdaq 0,9% - 3 808 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi büdcə barədə kompromisin tapılması ehtimalları fonunda baş verib. Belə ki, investorların fikrincə, dövlət borcunun limiti barədə razılaşmalar əldə olunacaq və bununla da defolta yol verilməyəcək.

Avropa fond bazarlarında oktyabrın 4-də FTSE 100 indeksi 0,1% - 6 454 bəndədək, Almaniya DAX-ı 0,3% - 8 623 bəndədək, Fransa CAC-40-ı isə 0,9% - 4 164 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 313,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3566 dollar (-0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR