Almaniya Parlamentinin deputatı: “Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxmalıdır”

Almaniya Parlamentinin deputatı: “Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxmalıdır”
# 26 iyul 2013 10:23 (UTC +04:00)

Bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən (AAC) məlumat verilib.

Bundestaqın Xarici Məsələlər üzrə Komitəsinin və Xristian Demokrat İttifaqı / Xristian Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü, millət vəkili Piter Qauvayler AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verib. Cavabda deyilir:

“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi məlum qətnamələr şübhə üçün heç bir əsas doğurmur. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Onun işğalı beynəlxalq hüququn pozulmasıdır. Odur ki, Ermənistan qoşunları işğal altındakı ərazilərdən çıxmalıdır. Münaqişənin həllinə nail olmağın yeganə yolu budur.

Bu prinsip Almaniya üçün müzakirə mövzusu deyil. Məcburi köçkünlərə öz torpaqlarına təhlükəsiz qayıtmaq üçün hüquq verilməlidir. Odur ki, Ermənistan qoşunları işğal etdikləri ərazilərdən dərhal çəkilməlidir.

Almaniya və Azərbaycan yaxın tərəfdaşdır. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq cəhdləri bizim ikitərəfli münasibətlərimizə təsir edir. Azərbaycan Almaniya enerji təchizatı üçün cəlbedici ticarət partnyoru olaraq mühüm tərəfdaşdır.

aMünaqişəyə cəlb olunmuş tərəflərin danışıqlar masasına yenidən oturması ən ümdə məsələdir. Bu baxımdan, məsələnin çoxtərəfli müstəvidə müzakirəsi ən vacib məqamlardan biridir. Almaniya var qüvvəsi ilə sülh prosesini dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR