Azərbaycanda yol qəzasında həlak olan və xəsarət alan hərbçilərin adları açıqlanıb - YENİLƏNİB

Azərbaycanda yol qəzasında həlak olan və xəsarət alan hərbçilərin adları açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 18 may 2013 07:35 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.

Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Hərbçiləri daşıyan hərbi maşının aşması nəticəsində 4 nəfər ölüb, 9 hərbçi xəsarət alıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR