Rusiyadan Azərbaycana qanunsuz yolla xarici valyuta və qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz yolla xarici valyuta və qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb
# 25 may 2013 08:28 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətindən Azərbaycana gələn “VAZ-21103” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomaşının sürücüsü Azərbaycan vətəndaşı Abdula Xartumov tərəfindən bəyan olunmayan 389 ədəd 100-lük ABŞ dolları, ümumi çəkisi 108,55 qram olan 30 cüt qaşsız, 3 cüt ağ və yaşıl qaşlı sırğalar və 1 ədəd ağ qaşlı üzük aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR