DİN-in şəxsi heyəti Azərbaycan polisinin 95 illiyi münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - APA TV

DİN-in şəxsi heyəti Azərbaycan polisinin 95 illiyi münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - <span style="color: red;">APA TV
# 01 iyul 2013 09:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan polisinin 95 illiyi münasibəti ilə Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, ziyarətdə daxili işlər naziri, general polkovnik Ramil Usubov və nazirliyin rəhbər şəxsləri də iştirak edib.

Qeyd edək ki, 2 iyul Azərbaycanda polis günü kimi qeyd olunur. 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR