Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 0,1% enib
# 06 dekabr 2013 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 15 822 bəndədək, S&P 500 0,4% - 1 785 bəndədək, Nasdaq 0,1% - 4 033 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi müsbət makroiqtisadi göstəricilərin fonunda baş verib. İlk növbədə bu, iqtisadi artımın göstəricisinə aiddir. Belə ki, ölkənin Ticarət Nazirliyi bəyan edib ki, III rübdə ÜDM-in rüblük artımı 3,6% təşkil edib ki, bu da proqnozdan 0,6 faiz bəndi çoxdur. Analitiklər bu faktı iqtisadiyyatı dəstəklənməsi proqramının bağlanmasına səbəb ola biləcək amil kimi qiymətləndirirlər.

Avropa fond bazarlarında dekabrın 5-də FTSE 100 indeksi 0,2% - 6 498 bəndədək, Almaniya DAX-ı 0,6% - 9 085 bəndədək, Fransa CAC-40-ı isə 1,2% - 4 100 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 225,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3658 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR