Rusiya prezidenti ATƏT sədri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

 Rusiya prezidenti ATƏT sədri ilə Ukraynadakı vəziyyəti müzakirə edib
# 13 may 2014 10:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Rusiya prezidenti Vladimir Putin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə Ukraynadakı vəziyyəti müzakirə edib.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı tərəflər ATƏT xətti ilə böhranın aradan qaldırılması istiqamətində göstərilən səylərin artırılması imkanlarını müzakirə ediblər.

Putinlə Burkhalter Ukrayna hökuməti ilə ölkənin cənub-şərq bölgələrinin nümayəndələri ilə arasında birbaşa dialoqun təşkilinin zəruriliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR