Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb

Cenevrədə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb
# 15 oktyabr 2013 10:10 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında Bakı vaxtı ilə saat 11:30-da başlayan danışıqlar BMT-nin Avropadakı ofisində keçirilir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavinləri Seyid Abbas Əraqçı və Məcid Təxti Rəvançı, həmçinin nazirlikdən Həmin Bəidinejad və Davud Məhəmmədiyə, eyni zamanda İranın Atom Enerjisi Agentliyindən Məhəmməd Əmiri daxildir.

ABŞ nümayəndə heyətinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.

Ümumiyyətlə, görüş İranla “altılıq” ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Bu baxımdan müzakirələrdə İran nümayəndə heyətinə nazir müavini Seyid Abbas Əraqçı rəhbərlik edəcək.

M. Zərif yalnız İranın “altılıq” ölkələrinə təqdim etdiyi planı açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR