Lənkəran Sərhəd Dəstəsinin yeni sərhəd komendantlığı istifadəyə verilib - FOTOSESSİYA

Lənkəran Sərhəd Dəstəsinin yeni sərhəd komendantlığı istifadəyə verilib  - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyul 2013 14:37 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) yüksək rütbəli qulluqçularının, sərhəd dəstəsinin əsgər, gizir və zabitlərinin iştirakı ilə keçən mərasimdə DSX rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Lənkəran Sərhəd Dəstəsinin komandiri polkovnik-leytenant Elşən Mirzəyev çıxış edərək dövlətin, Ali Baş Komandanın göstərdiyi diqqət və qayğı sayəsində DSX-nin bu gün dinamik inkişaf dövrü keçdiyini, ölkəmizin sərhəd-mühafizə strukturunun mükəmməlləşdirildiyini, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verildiyini, sərhədçilər üçün yüksək səviyyədə xidmət və məişət şəraitinin yaradıldığını xüsusi vurğulayıblar.

Bildirilib ki, Lerik, Lənkəran və Astara rayonlarını əhatə etməklə Azərbaycan Respublikasının qonşu İran İslam Respublikası ilə 205 km məsafədə dövlət sərhədini qoruyan Lənkəran Sərhəd Dəstəsində son illər böyük tikinti-quruculuq işləri aparılmaqla sərhədçilərin xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. “Kələxan” sərhəd komendantlığı kompleksinin tikilərək istifadəyə verilməsi aparılan təkmilləşdirmə proseslərinin növbəti ifadəsidir. Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra DSX-nin rəisi E.Quliyev və tədbir iştirakçıları yeni komendantlıq kompleksində yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, müasir tələblərə cavab verən yeni sərhəd komendantlığı kompleksində xidməti yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün lazımi şərait yaradılıb. Komendantlığın qərargahındakı xidmət otaqları hər cür avadanlıq və vasitələrlə təmin olunub. Yüksək şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları da müasir tələblər səviyyəsində qurulub.

DSX rəisi komendantlığa məxsus texnika, habelə silah-sursat, əşya-geyim, ərzaq-yemək, mənzil-istismar avadanlıqları, avtomobillər, yanacaq-sürtgü materialları anbarları, hamam camaşırxana ilə və digər texniki otaqlarla da tanış olandan sonra, kompleksin ikinci və üçüncü mərtəbələrində zabit və gizir ailələri üçün inşa olunmuş mənzillərə də baş çəkib. Bildirilib ki, hər biri iki otaqlı olmaqla 16 mənzilin hamısı mebel dəstləri və lazımi məişət avadanlıqları ilə təchiz olunub. Hərbi qulluqçuların ailələri yaradılan şəraitə görə minnətdarlıqlarını çatdırıblar.

Sonda DSX-nin rəisi əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR