Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
# 29 iyul 2013 08:01 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR