İngiltərədə helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

İngiltərədə helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb
# 14 mart 2014 01:43 (UTC +04:00)

Bakı-APA. İngiltərənin şərqində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. APA-nın “Eastern Daily Press”ə istinadən verdiyi xəbərə görə, insident Norfolk qraflığındakı Gillingem yaşayış məntəqəsi yaxınlığında baş verib.

Hazırda qəzanın səbəbləri araşdırılır. İlkin versiyaya görə, helikopterin qəzaya uğramasına səbəb duman olub. Helikopterin hərbçilərə məxsus olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR