Yaponiyada 5,3 gücündə zəlzələ olub

Yaponiyada 5,3 gücündə zəlzələ olub
# 29 mart 2014 03:44 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, İbaraki prefekturası sahilinin şərqində yerləşib.

Zəlzələ Tokioda və ölkənin doqquz prefekturasında hiss olunub. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Yaponiyanın Milli meteorologiya idarəsinin məlumatına əsasən, sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR