Britaniya səfiri Gəncəyə səfər edib

Britaniya səfiri Gəncəyə səfər edib
# 06 fevral 2014 09:51 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Gəncə şəhərində səfərdədir. Səfirlikdən APA-ya verilən məlumata görə, 2 gün davam edəcək səfər tanışlıq xarakteri daşıyır.

Səfər çərçivəsində Britaniya səfirliyinin nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyətində, təhsil müəssisələrində, YAP-ın yerli təşkilatında olacaq, jurnalistlər və məcburi köçkünlərlə görüşlər keçirəcəklər. Nümayəndə heyətinə Britaniya Şurasının (British Council) direktoru Elizabet Vayt da daxildir.

Qeyd edək ki, Naxçıvandan sonra bu, səfir İrfan Sıddıkın bölgələrə ikinci rəsmi səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR