Xarkovda konservatoriya binasında yanğın baş verib

Xarkovda konservatoriya binasında yanğın baş verib
# 21 aprel 2014 21:09 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Xarkov şəhərində Kotlyarevski adına milli incəsənət universitetinin binasında yanğın baş verib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, ərazi əhatəyə alınıb.

Hazırda yanğının səbəbləri araşdırılır.

Xatırladaq ki, bu gün Xarkovun mərkəzində Ukraynanın federallaşması lehinə nümayiş olub, “xalq qubernatoru” seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR