Azərbaycanın axtardığı şəxs BƏƏ-də yaxalanıb

Azərbaycanın axtardığı şəxs BƏƏ-də yaxalanıb
# 18 yanvar 2014 10:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanın axtarışa verdiyi şəxs Birləşmiş Ərəb Əmirliyində yaxalanıb. APA-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu və Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə ) maddəsi ilə axtarışda olan Dəyanət İsmayılov Birləşmiş Ərəb Əmirliklərində tutulub. Onun ekstradisiyası üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR