Gənclər Fondu Strasburqda təmsil olunub - FOTO

Gənclər Fondu Strasburqda təmsil olunub - <span style="color: red;">FOTO
# 28 yanvar 2014 13:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının (AŞ) gənclərlə iş komitəsinin Bürosunun iclasında iştirak edib. Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, Bakıda keçiriləcək bir sıra beynəlxalq tədbirlərin təqdimatı keçirilib.

Bundan əlavə, F.Hacıyev tərəfindən Avropa Gənclər Fondunun direktoru ilə əməkdaşlıq məsələləri də müzakirə edilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev AŞ-ın Gənclərlə İş üzrə Hökumətlərarası daimi Komitəsi tərəfindən Rusiya Federasiyası ilə Avropa Şurası arasında gənclər sahəsində imzalanmış sazişin icrası ilə bağlı məruzəçi seçilib.

27-28 yanvar 2014-cü il tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının gənclərlə iş komitəsinin Bürosunun iclası keçirilib.

İclas zamanı gənclərlə iş komitəsinin 2013-cü ilin yekun hesabatı təqdim olunub və 2014-cü il üçün nəzərdə tutulan proqram müzakirə olunub. Eyni zamanda, iclasda gənclər üçün könüllülük proqramları, gənclərin və təşkilatların bacarıqlarını daha da inkişaf etdirmək üçün mövcud proqramlar çərçivəsində tərəfdaş ölkələrlə əlaqələrin artırılması məsələləri ətrafında diskussiyalar aparılıb. Bundan əlavə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə cari ilin may ayında etibarən sədrlik edəcəyi ilə bağlı Azərbaycan tərəfindən gənclər sahəsi üzrə hazırlanacaq fəaliyyət planı da müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR