Əli Kərimlinin oğlunun apellyasiya şikayəti təmin edilməyib

Əli Kərimlinin oğlunun apellyasiya şikayəti təmin edilməyib
# 30 sentyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Əli Kərimlinin oğlunun apellyasiya şikayəti təmin edilməyib. Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

F. Mehdiyev qeyd edib ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda Türkel Kərimlinin apellyasiya şikayəti barədə qərar qəbul edilib. Məhkəmə T. Kərimlinin apellyasiya şikayətini təmin etməyib.

T. Kərimli ilə birlikdə həbs olunan Ülvi Nuriyev və Coşqun Salahovun da apellyasiya şikayətləri təmin olunmayıb.


Qeyd edək ki, sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onunla birgə saxlanılan iki nəfərin – Ülvi Nuriyev və Coşqun Salahovun məhkəməsi keçirilib.

Qərara əsasən, T. Kərimli və C. Salahov 25 sutka, Ü. Nuriyev isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR