Azərbaycan iş adamları çörək və qənnadı məhsullarının beynəlxalq sərgisinə dəvət olunur

Azərbaycan iş adamları çörək və qənnadı məhsullarının beynəlxalq sərgisinə dəvət olunur
# 20 fevral 2014 11:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Moskvada (Rusiya) «Modern Bakery Moscow-2014» sərgisi keçiriləcək.

«APA-Economics»in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgi aprelin 23-26-da Mərkəzi Sərgi Kompleksində baş tutacaq.

«Modern Bakery Moscow-2014» sərgisi çörək və qənnadı məhsullarının 20-ci beynəlxalq ixtisaslaşdırılmış sərgisidir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyən sahibkarlar və iş adamları İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR