Göyçay sakinindən 496 qram narkotik götürülüb

Göyçay sakinindən 496 qram narkotik götürülüb
# 25 iyun 2014 16:47 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda narkotik vasitə olan marixuananın qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı Ləkçıplaq kənd sakini, 1971-ci il təvəllüdlü Səmədov Sarvan Nizaməddin oğlunun həyətindən ümumi çəkisi 496 qram olan qurudulmuş marixuana aşkar edilib. Sarvan Səmədovun narkotik vasitənin satışı ilə məşğul olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR